AZ

Paşinyan devrilərsə: - İrəvanın yeni sahibi kim olacaq?

“Ermənistanda son günlərdə aksiyalar keçirilir və Baş nazir Nikol Paşinyana etiraz edirlər”.

Paytaxt.org xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, etirazçılar digər 4 anklav kəndin Azərbaycana qaytarılmasına qarşı çıxırlar:

“Görünür, onlar işğal etdikləri torpaqlardan çıxmaq istəmirlər. Çünki Qazaxın digər 3 eksklav kəndi də qaytarılsa, Ermənistandan Gürcüstana gedən yol Azərbaycan ərazisindən keçəcək. Həmçinin, Kərki kəndi qaytarılandan sonra Ermənistandan İrana və Zəngəzura gedən yol Azərbaycandan keçəcək. Ona görə də narazılıq edirlər. Bəzi qüvvələr də insanları hərəkətə gətirmək üçün bu narazılıqdan istifadə edirlər. Yəni Ermənistanın daxilindəki siyasi qüvvələr bundan sui-istifadə etməyə çalışırlar. Onların əsas məqsədi Paşinyana qarşı mənfi əhval -ruhiyyə formalaşdırmaq və hakimiyyətdən uzaqlaşdırmaqdır.

Amma bu aksiyalar lokal xarakter daşıyır. Hazırda etirazlar bir neçə kəndin çevrəsindədir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, İrəvanda hələ geniş aksiyalar keçirilmir, keçirilmə ehtimalı da çox aşağıdır:

“Çünki İrəvan əhalisi Paşinyanın siyasi xəttini başa düşür.

Onlar dərk edirlər ki, Azərbaycana ərazi iddialarının heç bir əsası yoxdur. Bu iddialardan maksimum tez geri çəkilmək Ermənistanın özü üçün də yaxşı olacaq. İctimai rəy bundan ibarətdir. Əgər İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra ictimai rəy Nikol Paşinyanın əleyhinə çevrilmədisə, bu məsələlərə görə ona qarşı böyük bir cəbhə açılacağı inandırıcı deyil”.

Lakin onun sözlərinə görə, Paşinyanın devrilmə ehtimalı var: “Çünki Ermənistanda gedən proseslər xaricdən idarə olunur. Hətta erməni kilsəsi də bu prosesə qoşulub. Ola bilər ki, maliyyə buraxaraq Paşinyana qarşı olan hərəkatı gücləndirərlər. Lakin hesab edirəm ki, Azərbaycan üçün bunun hər hansısa təsiri yoxdur. Rəsmi Bakının tələbləri bəllidir:

Zəngəzur dəhlizi açılmalı, Ermənistan tərəfindən işğal olunmuş digər kəndlər də geri qaytarılmalıdır. Rəsmi Bakı bu istiqamətdə mövqeyini davam etdirir və kimin hakimiyyətdə olmasının bizim üçün fərqi yoxdur. Bəlkə də Paşinyanın yerinə başqasının gəlməsi Azərbaycan üçün daha əlverişli şərait yaradacaq”.

Partiya sədri Serj Sarkisyan və Robert Köçəryanın hakimiyyətə qayıtma ehtimalları barədə də danışıb:

“Əslində, Serj Sarkisyan və Robert Köçəryan arxa planda qalır. Hətta aksiya təşkilatçıları da onların çox ortaya çıxmalarını istəmirlər. Sarkisyan-Köçəryan tandeminin bu aksiyaları təşkil etdiyi isə hiss olunmur. Amma proseslərdə iştirak edirlər. Düşünürəm ki, prosesləri Rusiya idarə edirsə, Sarkisyan və Köçəryanın ciddi şansı olmayacaq. Üstəlik, Sarkisyan və Köçəryanın sosial bazası yoxdur. Hətta Qarabağı könüllü gedən ermənilərin arasında da onların nüfuzu çox aşağı səviyyədədir. Yəni Sarkisyanla Köçəryanın ciddi reytinqi yoxdur. Onların Rusiyanın əli ilə hakimiyyətə qayıdacağına inanmıram. Bəlkə də Rusiyanın başqa variantları var”.

Akif Nağı Nikol Paşinyanı kimin əvəzləyə biləcəyi ilə bağlı sualı da cavablandırıb:

“Rusiya Ermənistanda çevriliş etsə, böyük ehtimalla hakimiyyətə yeni bir fiqur gətirəcək. “Ümumerməni Hərəkatı”nın lideri, keçmiş müdafiə naziri Arşak Karapetyanın adı önə çıxa bilər. Həmçinin, Ermənistan parlamentinin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın hakimiyyətə gələcəyi ilə bağlı iddialar var. Lakin onlar da daxil olmaqla, Paşinyandan daha güclü namizəd yoxdur.

Simonyan da, Qriqoryan da Paşinyanla müqayisə oluna bilməz. İctimai rəyi Paşinyana qarşı formalaşdırmağa çalışırlar. Belə bir vəziyyətdə Paşinyanın əvəzinə başqasının gəlməsi müsbət dəyişiklik verməz. Ona görə Qərb də hələlik Paşinyanın üzərində dayanacaq. Eyni zamanda, revanşist qüvvələrin içərisində də hamı tərəfindən qəbul olunan bir fiqur yoxdur. Sadəcə boş və mənasız şüarlarla çıxış edirlər. Onların arasında diqqət çəkən kimsə yoxdur. Levon Ter-Petrosyanın dəstəklədiyi kimsə də gündəmə gələ bilər. O, zamanında düzgün mövqe tutduğuna görə fikirlərinə rəğbət var”.

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3721
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3536
Bu yol qovşağında təmir işləri aparılacaq
3024
Bakıda hoteldə yanğın başlayıb
2581
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1731
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1590
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1509
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1408
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1240
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1237
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1209
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1092
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1042
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
929
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
909
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
861
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
837
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
760