AZ

Plova 2 qaşıq əlavə edin, bu xəstəlikdən xilas olun

Bədənimizdəki balanssız qan şəkəri səviyyəsi adətən qidalanmamızla əlaqədardır. Pre-diabet xəstələri, insulin müqaviməti və qan şəkəri problemi olan bir çox insan bunun üçün həll yolu axtarır.

Qanımızda müəyyən miqdarda şəkərin olması həyatımız üçün vacibdir. Qan şəkərinin normadan yuxarı səviyyəsinə şəkərli diabet deyirik. Onun azalması isə özü ilə müxtəlif sağlamlıq problemləri gətirir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dr. Erik Berq qan şəkərini balanslı saxlamağın asan yolunu açıqlayıb. Onun sözlərinə görə, qan şəkərinin səviyyəsini tarazlaşdırmaq üçün alma sirkəsi pəhrizə daxil edilməlidir.

Alma sirkəsi çox güclü anti-qlisemik təsir göstərir. Başqa sözlə, alma sirkəsi gün ərzində yediyiniz qidaların qlisemik indeksini asanlıqla aşağı sala və qan şəkərini balanslaşdıra bilər.

Erik Berq qeyd edir ki, düyü plovu normalda sağlamlığa faydalı deyil, ancaq ona alma sirkəsi əlavə etdikdə qlisemik indeksi 35 azalır.

"Düyünü düzgün hazırlasanız, onu qəbul etdikdən sonra qan şəkəri səviyyəsində mənfi əlamətlər yaşamazsınız. Eyni şəkildə, bişirdiyiniz kartofa sirkə əlavə etdikdə qlisemik indeksini 43 faiz azaltmış olursunuz. Sirkə qan şəkəri problemi olan insanlar üçün təbii dərman ola bilər. Hazırladığınız salatlara sirkə əlavə etməyiniz belə sağlamlığınıza müsbət təsir edəcək. Çünki, bu, qan şəkərinizi və insulininizi balanslaşdırmağa kömək edir", - E.Berq vurğulayıb.

Həkimin sözlərinə görə, çox karbohidrat qəbul etmədiyi halda səhərlər qan şəkərinin yüksək olduğunu hiss edənlərdə "sübh fenomeni" deyilən hal yaşanır. Bu, qaraciyər şəkər əmələ gətirdiyi zaman inkişaf edən problemdir. Səhərlər qan şəkərini azaltmaq və tarazlaşdırmaq üçün atılmalı olan tək addım yatmazdan əvvəl iki yemək qaşığı alma sirkəsi içməkdir.
Ancaq birbaşa içmək təhlükəli ola bilər. Ona görə də təxminən 1 stəkan suya əlavə edib içmək lazımdır".

Qeyd edək ki, mütəxəssislər qan şəkərinin artmasının qarşısını almaq üçün gündəlik rasiona lifli qidalar əlavə etməyi də məsləhət görürlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
43
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22731
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12090
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11285
Helikopterin qalıqları tapılıb
8441
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7863
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6822
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5096
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4182
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3660
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3497
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2756
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2302
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1557
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1320