AZ

“Türksat” “Azerspace-2” peykinin resurslarından Afrikada istifadə edəcək

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) ilə Türkiyənin peyk operatoru “Türksat” arasında kommersiya müqaviləsi imzalanıb.

Bu barədə Agentlikdən bildirilib.

Bu əməkdaşlıq sayəsində “Türksat” “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq “Azərkosmos” da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcək.

Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir. Beynəlxalq konfransda iştirakçılar arasında “Türksat”, “Maxar”, “Axiom”, “Space”, “Eutelsat”, “İntelsat”, “Satvu”, “Uztelecom” və digər qlobal və regional kosmik şirkətlər yer alıb.

“STC 2024” proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda “Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları” adlı plenar sessiyada “Azərkosmos”un yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. “Azərkosmos”un əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.

“Azərkosmos”la yanaşı, plenar sessiyada Türkiyənin “Türksat”, Pakistanın “SUPARCO”, Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın “Uzbekcosmos”, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər.

Seçilən
102
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14299
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13675
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13411
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11880
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9629
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8253
"Zaur, yenə çaşdın..." - VİDEO
7393
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5547
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3730
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3725
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3465
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3388
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3281
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
2989
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2983
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2973
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2765
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2689
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2537