- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Tayvan sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ bir milyondan çox əhalisi olan Tayçunq şəhərindən 104 kilometr şərqdə qeydə alınıb.
Zəlzələ ocağı yerin 20 kilometr dərinliyində yerləşib.
Aprelin 3-də Tayvanda son 25 ilin ən güclüsü hesab edilən 7,5 bal gücündə zəlzələ baş verib. İlk təkanlardan 15 dəqiqə sonra meteoroloqlar 6,6 bal gücündə təkrar zəlzələnin baş verdiyini bildiriblər.