AZ

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Monteneqro Prezidenti Yakov Milatoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqronun dövlət başçısına çatdıran Sahibə Qafarova ölkəmizdə keçiriləcək COP29-a dəvət məktubunu təqdim edib.
Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu vurğulayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu diqqətə çatdıran Y.Milatoviç xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a evsahibliyi etməsi münasibətilə təbriklərini çatdıran Prezident Yakov Milatoviç Dubayda keçirilən COP28 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, bu il ölkəmizdə keçirilən prezident seçkilərində dövlət başçısı İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, Monteneqro parlamentinin üzvləri də bu seçkiləri müşahidə ediblər.
Yakov Milatoviç Monteneqronun Azərbaycan üçün dost və tərəfdaş ölkə olduğunu qeyd edərək bildirib ki, ötən il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 15-ci ildönümü tamam olub. Keçən dövrdə ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub.
Görüşdə ölkələrimiz arasında müqavilə - hüquq bazasının daha da genişləndirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, İqtisadi əməkdaşlıq komissiyasının işinin gücləndirilməsi bu sahədə münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək. Söhbət zamanı humanitar sahədə əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsinin də əhəmiyyəti qeyd olunub. İki ölkə münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin hazırda dünyada ikili standartların mövcud olduğu şəraitdə beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyinin vacibliyi vurğulanıb.
Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri tənqid edən Milli Məclisin sədri Azərbaycanın öz yolu ilə getdiyini deyib. O, sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib. Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.
S.Qafarova, həmçinin Fransanın regionumuzda gərginliyi artırmaq məqsədi daşıyan addımları barədə də məlumat verərək bildirib ki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.
Milli Məclisin sədri regionda nəqliyyat xətlərinin açılması perspektivləri ilə bağlı fikirlərini qeyd edib. O deyib ki, nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona fayda gətirəcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən S.Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlər salınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.
Prezident Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib və qeyd edib ki, bu, regionun inkişafına töhfə verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonda Milli Məclisin sədri "Qarabağ işğaldan əvvəl və sonra" kitabını Monteneqro Prezidentinə təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18287
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12900
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10223
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4544
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4218
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3393
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2731
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2398
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2152
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1649
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1132
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1001
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
809
Arda dubl etdi - VİDEO
801