AZ

Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı HƏBS EDİLDİ

Rusiyada məhkəmə tərəfindən ölkənin müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Filatov külli miqdarda mənimsəmədə şübhəli bilinir.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin müavini Timur İvanovu 1 milyard rubldan çox məbləğdə rüşvət almaqda təqsirli bilərək iki aylıq müddətinə həbs edib.

Daha sonra müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən azad edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla