AZ

Bu, NATO-nun Rusiya ilə böyük savaşa hazırlığıdır

HİMARS üçün mərmilərin alınması və istehsalı məqsədilə Polşa-Litva mərkəzinin yaradılması NATO-nun Rusiya ilə böyük müharibəyə hazırlığı, eləcə də Ukrayna ordusunun “mərmi aclığını” aradan qaldırmaq üçün tədbirdir.
 
Bu sözləri rusiyalı ekspert, “Mülki Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Litva Prezidenti Gitanas Nausedanın polşalı həmkarı Anjey Dudaya döyüş sursatı, xüsusən də HİMARS üçün raketlərin istehsalı və alınması məqsədilə regional logistika mərkəzi yaratmaq təklifini şərh edərkən deyib.
 
"Litva prezidentinin səsləndirdiyi təklif NATO-nun Avropada böyük müharibəyə hazırlığının elementi, eləcə də bu logistika mərkəzinin Ukraynaya döyüş sursatını daşınmasının davam etdirilməsidir. Bu logistika mərkəzi regional ola bilər.
 
Əvvəllər Almaniya əsas rol oynayırdısa, indi Ukraynaya əsas tədarük axınının məhz Polşa ərazisindən keçəcəyini nəzərə alsaq, aydındır ki, bu, NATO qoşunları və onların Ukrayna müttəfiqi üçün real ehtiyacların təmini baxımından nəqliyyat və logistika sisteminin yaradılmasının ilk elementlərindən biridir", - o bildirib.
 
Analitik vurğulayıb ki, NATO-nun şimal-qərb cinahında sursat mərkəzinin yaradılması alyansın əsas hərbi rəqibi hesab etdiyi Rusiya ilə uzunmüddətli, onilliklər davam edəcək qarşıdurmaya hazırlıq məntiqinə uyğundur:
 
"Bu gün HİMARS həm Polşa, həm Litva, həm də Ukrayna Silahlı Qüvvələrinin xidmətindədir. Alyans belə bir mərkəzi qurmaqla Rusiya ilə sərhədlərdə öz qruplaşmalarının daim hazır vəziyyətdə saxlanılması üçün maddi-texniki və texnoloji bazanı təkmilləşdirmək niyyətindədir".
Seçilən
48
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18283
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17632
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16854
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15352
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14356
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14131
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12979
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12466
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10777
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10681
"Zaur, yenə çaşdın..." - VİDEO
8477
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7429
Minimum əmək haqqı nə qədər arta bilər?
6677
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6608
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6184
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5329
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5252
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5021
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4871