AZ

Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməyə nail olacaq - ŞƏRH

COP29-un bu il Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a bu il Azərbaycanın ev sahibliyi etməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə çıxışında vurğuladığı məqamlarda beynəlxalq konfransın paytaxtımız Bakıda təşkili və bu qərarın bütün ölkələr tərəfindən dəstəklənməsi barədə söylədikləri dünya üçün böyük mesajdır. Torpaqlarımızınotuz illik işğal altında olduğu dövrdə ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Həmin ərazilərimizdə törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzdür. Nəhayət Azərbaycan 30 il sonra erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Hətta ölkəmizlə dost münasibətdə olmayan ölkələr belə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul etdi. Ölkə rəhbəri İlham Əliyev müşavirədə çıxışında bu barədə danışaraq qeyd etdi ki, verilən qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, o cümlədən ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.Beynəlxalq birlik dünyanın bütün ölkələridir və onların yekdilliklə Azərbaycana böyük dəstək göstərməsi dövlətimizin dünyada etimad və nüfuzuna işarədir. O cümlədən, bu maraq, hörmət, etimad 2023-cü ilin dekabrında BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası çərçivəsində ilk dəfə öz pavilyonu ilə çıxış edən Azərbaycana göstərilən diqqətlə də özünü büruzə verdi. Dubayda 28-ci sessiyası çərçivəsində Azərbaycan pavilyonun konsepsiyası ölkəmizi zəngin flora və faunası üzərində qurulmuşdu. Pavilyonda ölkənin iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri və digər layihələr barədə məlumat verilirdi. İnteraktiv formatdakı pavilyonda Azərbaycanın 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərməyin Azərbaycan hökuməti üçün prioritet məsələ olması haqqında məlumatlar yer almışdı. Eyni zamanda pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərirdi. İnteraktiv formatda isə “Azərbaycanın ətraf mühit xəritəsi” Milli parklar, İqlim növləri, bərpa olunan enerji, su ehtiyatları və yaşıl konsepsiya əks olunurdu. Bu mövzularda mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsi təqdim edilirdi. Həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunurdu. Burada “Qırmızı kitab”a salınmış və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər barədə informasiyalar yer alırdı. QHT və dövlət qurumlarının həyata keçirdiyi ekoloji layihələr, Azərbaycandakı mina problemi və ekoloji nəticələrinə dair bilgilər verilirdi. Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, ən əsası da Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunurdu. Pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşulur və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilirdi. Bu ağaclar Qarabağ bölgəsində-Füzuli şəhərində əkiləcək.Bütün bunlar göstərir ki, Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməyə nail olacaq. Nəticədə ölkəmiz və xalqımız növbəti böyük uğur qazanacaq. Neft-qaz ölkəsi kimi bu sahədə inkişafı, yaşıl enerji ilə bağlı layihələrin həyata keçirilməsi, yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin prioritet istiqamət olduğunu dünyaya göstərəcək. Qeyd edək ki, COP29-la bağlı 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək və iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək.2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir. Məhz bu il belə mötəbər tədbirlə Azərbaycan dünyaya öz qüdrətini göstərməyə çalışacaq. Fərid MustafayevYAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla