AZ

“Crocus City Hall” terrorunda həlak olanların 40 mərasimi keçirildi - FOTO

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş verən terror aktından 40 gün keçir. Bununla əlaqədar Krasnoqorskda anım mərasimi keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xidməti Odintsovo və Krasnoqorsk arxiyepiskopu aparır. Konsert zalının yanında yenidən memorial abidə yaranıb - insanlar ora gül və oyuncaq gətirirlər.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub.

"Crocus City Hall"un "Telegram" kanalında verilən məlumata görə, Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Fond 140 milyon rubla (2,5 milyon manat) yaxın vəsait toplaya bilib. Ümumi məbləği 100 milyon rubl (1,8 milyon manat) olan ilk ianələri "Crocus Group"un sahibi Araz Ağalarov və birinci vitse-prezidenti Emin Ağalarov ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33212
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23965
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18518
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11097
Helikopterin qalıqları tapılıb
10802
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7648
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6266
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5619
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4541
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3253
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2795
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2101