AZ

BMT baş katibindən Rəfahla bağlı xəbərdarlıq

Rəfahda mümkün hərbi əməliyyat Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olacaq və bütün region üçün ciddi nəticələr doğuracaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

"Rəfaha hərbi hücum minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın qaçmağa məcbur edilməsinə səbəb olacaq dözülməz eskalasiya olardı. Bunun Qəzzada fələstinlilərə təsiri dağıdıcı olacaq və həm işğal olunmuş İordan çayının qərb sahilində, həm də regionda ciddi nəticələr doğuracaq”, - Quterreş bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
7
Mənbələr
Şərh ()
Bağla