AZ

BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış etdi

Qəzza xalqının rifahı naminə İsrail və HƏMAS rəhbərliyini razılığa çağırıram.

 

Senzor.az bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə açıqlamasında deyib.

 

"Mən dəfələrlə tərəfləri humanitar atəşkəsə, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə və humanitar yardımın bölgəyə rahat şəkildə çatdırılmasına dair çağırışlar etsəm də, təəssüf ki, nəticə əldə olunmayıb. Yenə də danışıqlar gedir. Əgər razılaşma əldə olunmasa, həm Qəzzada, həm də regionda vəziyyətin daha da pisləşəcəyindən qorxuram", - Baş katib bildirib.

  

“Rəfahda hərbi əməliyyat minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın qaçqın düşməsinə səbəb olan dözülməz eskalasiya olardı. Bunun Qəzzadakı fələstinlilərə təsiri dağıdıcı olacaq. Mən İsrail üzərində təsiri olan hər kəsi bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıram”, - deyə Baş katib vurğulayıb.

Seçilən
135
11
Mənbələr
Şərh ()
Bağla