AZ

Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər - Quterreş

Bakı. Trend:

İsrail tərəfindən Rəfahda hərbi əməliyyat həyata keçirilərsə,bu, Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası və bütünregion üçün ciddi nəticələrə səbəb olacaq.

Trend-inməlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreşdeyib.

“Rəfahda hərbi əməliyyat minlərlə dinc sakinin ölümünə və yüzminlərlə insanın qaçqın düşməsinə səbəb olan dözülməz eskalasiyaolardı. Bunun Qəzzadakı fələstinlilərə təsiri dağıdıcı olacaq. Mənİsrail üzərində təsiri olan hər kəsi bunun qarşısını almaq üçünmümkün olan hər şeyi etməyə çağırıram”, - deyə Baş katib qeydedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
4
Mənbələr
Şərh ()
Bağla