AZ

BMT-nin Baş katibi İsrailə ÇAĞIRIŞ ETDİ

“İsrail tərəfindən Rəfahda hərbi əməliyyat həyata keçirilərsə, bu, Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası və bütün region üçün ciddi nəticələrə səbəb olacaq”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

“Rəfahda hərbi əməliyyat minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın qaçqın düşməsinə səbəb olan dözülməz eskalasiya olardı.

Bunun Qəzzadakı fələstinlilərə təsiri dağıdıcı olacaq. Mən İsrail üzərində təsiri olan hər kəsi bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıram”, - deyə Quterreş qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
7
Mənbələr
Şərh ()
Bağla