AZ

Nyu-Meksikoda F-16 qırıcısı qəzaya uğrayıb

F-16 qırıcısı Nyu-Meksikoda Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb...Poliqon Associated Press Agentliyinə istinadən xəbər verir ki, pilot kabinəni tərk edə bilib və xəstəxanada müalicə olunur.AP hərbi baza rəsmilərinə istinadən yazır ki, qırıcı Uayt Sends Milli Parkı yaxınlığında qəzaya uğrayıb. Hadisə ilə əlaqədar parkın bir hissəsi ziyarətçilər üçün bağlanıb. Təyyarədə olan yeganə şəxs pilot olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.Təyyarənin göyərtəsində nələrin olduğu məlum deyil. Agentliyin məlumatında park işçilərinə qəza yerinə yaxınlaşmaması yerli hakimiyyət orqanları tərəfindən yasaqlanıb. Qadağa təyyarədən mümkün təhlükəli kimyəvi maddələrə məruz qalma ilə bağlıdır.Qeyd edək ki, bu, son altı ayda Amerika F-16 qırıcısının üçüncü qəzasıdır. 2023-cü ilin dekabrında F-16 döyüş təyyarəsi təlim uçuşu zamanı Cənubi Koreya sahillərində qəzaya uğrayıb. Yanvar ayında oxşar şəraitdə daha bir F-16 qəzaya uğramışdı.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
50
poliqon.az

10Mənbələr