AZ

“AFB BANK” tender elan edir

®Tenderin adı: Bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatının alınması 

Tenderin elan tarixi: 01.05.2024

Tenderin son tarixi : 14.05.2024 

Texniki tələblər:

  • Windows XP/7/10 əməliyyat sistemləri dəstəklənməlidir;
  • Rəqəmsal siqnalı dəstəkləməlidir;
  • Minimum iki kameranı dəstəkləməlidir;
  • JPEG, AVİ, MP4 formatında video və şəkilləri çəkilməli və  yaddaşda saxlanılmalıdır;
  • Bankomat;n elektron jurnalı ilə inteqrasiya edilməlidir;
  • Şəkildə kart nömrəsinin son 4 rəqəmi və əməliyyatın baş vermə tarixi əks olunmalıdır;
  • Kameralarının onlayn monitorinqi və statusunu görmə imkanı olmalıdır;
  • Həyəcan siqnallı  statusları elektron poçta  göndərmək imkanı olmalıdır;
  • Məlumatlar mərkəzi serverdə saxlanılmalıdır;
  • Proqram təminatında təhlükəsizlik yeniləmələri  dəstəklənməlidir;
  • Video, foto görüntülər minimum 6 ay saxlama imkanı olmalıdır; 
  • Bütün əməliyyatlar loglanmalıdır ( uğurlu, uğursuz , saat , tarix və s. ) və minimum 6 ay saxlama imkanı olmalıdır
  • Proqram təminatında imtiyazli istifadəçilərə MFA funksiyasını tətbiq etmək imkanı olmalıdır;
  • Proqram təminatında baş verən bütün əməliyyatlar, əməliyyat detalları və verilənlərin şifrələnməsi dəstəklənməlidir;

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • tender təklifi 15.06.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • Optimal qiymət təklifi;
  • Texniki göstəricilərə uyğunluq;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;

Tenderdə iştirak etmək istəyən  şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə   14.05.2024-cü il tarixində saat 16:00-a kimi qapalı zərfdə (mühürlü)  poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
41
Mənbələr
Şərh ()
Bağla