AZ

97 yaşlı ukraynalı qadın ruslardan qaçmaq üçün 10 km piyada gedib

Ötən həftə Rusiya Silahlı Qüvvələri Avdeyevkanın şimal-qərbinə doğru irəliləyiş edərək, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 3 km dərinlikdən Oçeretino kəndinə qədər keçib. 

HİT.az AFP-yə istinadən yerli sakin Lidiya Lominovskaya cümə günü əlinə bir taxta parçası götürərək, Rusiya Silahlı Qüvvələrindən qaçmaq üçün Oçeretinin mərkəzindəki evini piyada tərk edib. Qadın orada ən son qalanlardan biri olub. Onun sözlərinə görə, ruslar bir neçə gün kəndi atəşə tutub, sonra isə hücuma başlayıblar.

"Çox əziyyət çəkdim, ya Rəbb, çox yoruldum. Demək olar ki, bütün kənd yanıb. Bu gün isə eşitdim ki, ruslar artıq yarısını alıblar. Orada nə baş verdiyini bilmirəm. Mən heç kimi görmədim, sadəcə atəş səsləri eşitdim. Harada olduğunu və kim olduğunu bilmirdim. Orda bir əsgər yatmışdı, artıq ölmüşdü, heç olmasa onun üstünü örtdülər. Digəri isə sadəcə orada uzanırdı. Mənim saatım yoxdur, heç nəyim yoxdur. Uzun müddət gəzdim. Sadəcə atəş səsləri eşitdim. Düşündüm ki, mənə atəş edəcəklər, amma orada heç kim yox idi", deyə Lidiya Lominovskaya bildirib.

Təqaüdçü təxminən 10 km yol gedib, sonra yolda onu Ukrayna Silahlı Qüvvələrinin iki əsgəri ilə avtomobil qarşılayıb. Onlar qadına sendviç verib və polisə müraciət ediblər. Onu ən yaxın Pokrovsk şəhərinə aparıblar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, daha bir neçə sakin hələ də Oçeretində qalır.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
33
Mənbələr
Şərh ()
Bağla