AZ

Parisdə nümayiş zamanı əldəqayırma bomba partladılıb

Parisli etirazçıların polisə doğru atdıqları partlayıcı paketin onları geri itələməsi nəticəsində 7 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə CNEWS telekanalı məlumat yayıb.

 

“Polis prefekturasına 29 etirazçının həbsi barədə məlumat verilib. Yeddi asayiş keşikçisi əldəqayırma bombanın partlamasının qurbanı olub və təcili olaraq xəstəxanaya çatdırılıblar”, - nəşr yazır.

 

1 May İşçilərin Həmrəyliyi Günündə Fransada 150 minə qədər insanın iştirak edə biləcəyi 270 nümayiş planlaşdırılır.

 

Etirazçılarla polis arasında ən şiddətli toqquşmalar Parisdə müşahidə olunub. Bir neçə nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.

 

Nümayişdə qara geyinmiş, üzlərini maskalar altında gizlədən radikallar iştirak edir. Səki daşlarını sökərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atırlar. Onlar gözyaşardıcı qazla cavab verirlər.

 

Bundan əvvəl Sent-Etyen şəhərində 1 May nümayişi zamanı Avropa Parlamentinə seçkilərə namizədə yumurta atılmışdı.

 

Afət

 

Seçilən
63
40
Mənbələr
Şərh ()
Bağla