AZ

BƏƏ-nin qurucularından olan Şeyx Təhnun vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaradılmasında iştirak edən Dubay Əmirliyinin Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyan dünyasını dəyişib.AFN.az xəbər verir ki, BƏƏ medaisında verilən açıqlamada prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın əmisi və Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmmədin vəfatından "kədərləndiyi" bildirilib.Şeyx Təhnun bin Məhəmmədin vəfatından sonra ölkədə bayraqlar yarıya qədər endirilib, 7 günlük matəm elan edilib.Qeyd olunub ki, Şeyx Təhnun bin Məhəmməd gənc yaşlarından BƏƏ-nin qurucusu Şeyx Zayed Bin Sultan Əl Nəhyanın yanında olub, təcrübə qazanıb.Şeyx Təhnun bin Məhəmməd 1971-ci ildə BƏƏ-nin yaradılması zamanı BƏƏ-nin qurucusu Əl Nəhyanla birgə çalışıb. O, BƏƏ-nin Kənd Təsərrüfatı Nazirliyinin və BƏƏ-nin neft və təbii qaz şirkəti ADNOC-un rəhbəri idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
33
afn.az

10Mənbələr