AZ

“BOKT İcraçı Kredit Agentliyi”nin kredit portfeli kiçilib - HESABAT

2023-cü ildə “BOKT İcraçı Kredit Agentliyi” MMC-nin maliyyə vəziyyə məlum olub.

FED.az xəbər verir ki, BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18 min 262 manat  (2,1%) azalaraq 896 min 594 manata düşüb.

Təşkilat 2022-ci ilin sonunda 914 min 856 manat kredit portfelinə malik idi.

“BOKT İcraçı Kredit Agentliyi”nin 31 dekabr 2023-cü il tarixinə Mənfəət və zərər hesabatı dərc edilməyib.

BOKT ötən il 1 milyon 104 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 208 min manat və ya 15,9% azalıb.

Öhdəliklər 27 min manat və ya 19,3% azalaraq 113 min manata düşüb.

Balans kapitalı isə 991 min manat təşkil edib ki, bu da illik müqayisədə 181 min manat və ya 15,4% azdır.

 Balans hesabatından görünür ki, ötən il “BOKT İcraçı Kredit Agentliyi”nin lüşdürülməmiş mənfəəti 233 min manat (29%) azalaraq 570 min manata düşüb.

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
fed.az

10Mənbələr