AZ

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - YENİLƏNİB

Ağcabədidə qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
APA xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğunun məlumatında deyilir.
Xəbərə görə, mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
15.38
Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
xalqcebhesi.az

10Mənbələr