AZ

İnsan orqanizminə ən faydalı balıq növləri açıqlanıb - Onların yeyilməsi erkən ölüm riskini azaldır

İnsan

İnsan orqanizmi üçün xeyirli balıqların adı açıqlanıb. Belə bir açıqlamanı ABŞ Ürək Assosiasiyası verib və sadalanan balıqları hər kəsin qəbul etməsi tövsiyə olunur.

Reyting.az
-ın Unian.net-ə istinadla verdiyi məlumata görə, mütəxəssislərin fikrincə, çox güman ki, adları sadalanan balıqların tərkibində insanların kifayət qədər yemədikləri zərərsiz və çox yüksək keyfiyyətli maddələr, həmçinin yağsız proteinlər var.

Amerika Ürək Assosiasiyası hər həftə iki pay dəniz məhsulu yeməyi tövsiyə etsə də, Amerika vətəndaşlarının təxminən 90 faizi buna əməl etmir.

Bu gün hansı növ balığın insan sağlamlığı üçün daha faydalı olduğunu söyləyən amerikalı alimlər bununla bağlı bir sıralama da tərtib ediblər.



Mütəxəssislər bildirir ki, siyahıdakı balıq növləri çox xeyirlidir, özünəməxsus dada malikdir, həmçinin dəniz mənşəli Omeqa-3 yağ turşuları ilə zəngindir.

Nəzərə alaq ki, Omeqa-3 yağı tibb sahəsində həm də yetərincə güclü təsirli vasitə kimi iltihabı azaltmağa kömək edir, eyni zamanda, çox ağır depressiya riskini aşağı salmaqla yanaşı ürək xəstəliyi və insult riskini azaldır.

Konservləşdirilmiş Sardina Qızıl balıqdan da daha çox qida maddəsi ehtiva edir, kalsium ilə zəngindir. Sardina həm də kalsiumun udulmasına kömək edən çox önəmli D vitamininin mühüm mənbəyidir.

Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu elmi jurnallarlarından olan “Journal of Clinical Nutrition"-da dərc edilən 2021-ci il tədqiqatında qeyd olunur ki, 2-ci tip diabetin inkişafı riski yüksək olan prediabetli bəzi insanların qidasına Sardina daxil etdikdə 2-ci tip diabet və ürək xəstəliyi riskində azalma qeydə alınıb. "2-ci tip şəkərli diabetin qarşısını almaqdan ötrü pəhriz saxlayanlarla müqayisədə həftə ərzində iki dəfə pəhriz edin və bura mütləq mənada Sardina daxil deyil”,- deyə jurnal oxuculara müraciətlə yazır.

İnsan orqanizmi üçün ən faydalı balıqların siyahısı aşağıdakı kimidir:

Qızıl balıq

Qızıl balığın insan orqanizminə bir çox faydası var. Məqalə müəllifləri qeyd edirlər ki, bütün növ balıqların tərkibi Omeqa-3 yağı da daxil olmaqla, oxşar qida maddələrinə malikdir. "Civə və digər toksinlər narahatlıq doğurmur, ona görə də Qızıl balığı rahatlıqla müntəzəm yemək olar. Bununla belə, satın aldığınız Qızıl balığın həqiqətən də saf suda üzən, ekoloji cəhətdən təmiz seçim olduğunu dəqiq bilib, tam təsdiqləməkdən ötrü hər bir vətəndaş istifadə etdiyi dəyərli dəniz məhsulunun Dəniz İdarəetmə Şurası kimi ciddi bir təşkilatın sertifikatlaşdırdığına əmin olmalıdır”, - deyə ekspertlər xəbərdarlıq edirlər.

Qızılxallı ala balıq (Forel)

Forel kimi tanınan Qızılxallı ala balıq Qızıl balığa alternativ ola bilər, çünki hər ikisi bir-biri ilə sıx əlaqəlidir, hətta bu balıqlar yemək zamanı reseptlərdə bir-birilərini əvəz də edə bilirlər.



Forel Qızıl balıqdan bir qədər yumşaqdır, ona görə də dəniz məhsullarını yeməyə yeni başlayan şəxslər üçün dadlı olan balıq kimi süfrədə yaxşı seçim sayılır. Forel Omeqa-3 yağları, zülallar, eləcə də D vitamini ilə də zəngindir.

Alp alabalığı

Alp alabalığı Qızıl balığa bənzəyən balıq olaraq çəhrayı ətə malikdir. Əti çox dadlı olsa da, bişirildikdə tərkibində olan zənginliklər tədricən azalır. Bu balığa datələbat az deyil. Hətta onu bəzən öz dadı ilə seçilən Qızıl balığa bənzətsələr də, ondan fərqlənir. Əksər ekspertlər isə Alp alabalığını Forelə daha çox bənzədirlər.

"Journal of Clinical Nutrition" ekspertləri balıq həvəskarlarına müraciətlə adları çəkilən balıqları daha çox yeməyi tövsiyə edir. Nəşr mütəxəssis fikrinə istinadla yazır:

"Alp alabalığına laqeyd münasibət var sanki, halbuki bu balıq dəniz məhsulu kimi ürək xəstəliklərinin qarşısını almağa kömək edir, üstəlik, tərkibi beyin sağlamlığı, inkişafı üçün vacib olan sağlam, qatqısız maddələrlə, həmçinin də Omeqa-3 yağ turşuları ilə çox zəngindir. Bunu isə xüsusi qeyd etmək lazımdır: siz Qızıl balıq təklif edən reseptlərdə yenilik etməklə istənilən halda düşünmədən xeyirli qida təki həmin Alp alabalığından istifadə edə bilərsiniz və yaxud da əksinə, onu əvəz edərsiniz”.

Karides (Yengəc balığı)


Milli Balıqçılıq İnstitutu bildirir ki, Yengəc balığı kimi tanınan Karides ABŞ-da çox yeyilən ən məşhur balıqdır, çünki o, bir çox digər qida maddələrini ehtiva edən əla növ, yəni aşağı kalorili zülaldır. Məsələn, digər bir növ olan astaksantin karidesin çəhrayı rəngindən yaranan çox qəribə bir karotenoiddir. Bu balıq bəzən xarici və daxili dəyişikliklərə məruz qalır, lakin öz təbii xüsusiyyətlərini tam itirmir.

Karidesin geniş tədqiqatları göstərir ki, balıq birləşmə antioksidant, həmçinin antiinflamatuar xüsusiyyətlərə malikdir və belə birləşmə ürək xəstəliklərindən, neyrodegenerativ xəstəliklərdən, həm də 2-ci tip şəkər xəstəliyinindən, diabetdən qorunmağa kömək edə bilər.

Üzgəcli Cod balığı

Atlantikanın üzgəcli Cod balığı okeanda yaşayır. Bu balıq çox ovlanır və getdikcə sayı azalır. Cod adlı bu böyük balığın ən kiçiyinin bişmiş hər porsionunda təxminən 100 kalori, eləcə də 23 qrama qədər protein var.

Cod balığının əti çox xeyirlidir. Bu balıqda qidada olan birləşmələri saf enerjiyə çevirməyə kömək edən təbii B vitaminləri var. Bu balıq həm də digər vacib maddələrin mövcud olduğu çeşidli orqanizmə malikdir.

Nəşr yazır ki, Atlantikanın ən çox yeyilən dəniz məhsullarından biri sayılan Cod, balıq yeməyə başlayanlar üçün əladır və daha yumşaq balıqlardan biridir.

ABŞ Ürək Assosiasiyasının ekspertləri deyirlər ki, Cod balıqlarından həftə ərzində qida olaraq istifadə edilməsi hər bir şəxs üçün uzunömürlüyün, sağlamlığın sığortası anlamına gəlir.

Oqtay QORÇU
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
14
Mənbələr
Şərh ()
Bağla