AZ

MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTOLAR

Mayın 3-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir.

“Unikal” xəbər verir ki, Forumda açılış nitqi ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. 

O bildirib ki, keçirilən Forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. O, vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə vurğulayıb ki, ailə sirrlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.

Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən Milli Məclisin deputatı, Ailə, qadın və  uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha effektiv nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.

Qeyd edək ki, Forum “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında təşkil ediləcək panel sessiyalar ilə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38994
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19303
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14761
Abdullahianın cəsədi tapıldı - FOTO
12798
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11176
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7842
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4349
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3467
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3372
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397