AZ

Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: Kremlin məkrli planı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanla (Srbazan) görüşü barədə məlumatı təkzib edib.

“Belə bir görüş olmayıb. Bu, hakimiyyətin növbəti saxtakarlığıdır”, - deyə ofisdən bildirilib.

Sosial şəbəkələrin erməni seqmentində Baqrat Qalstanyanın İrəvanda, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin və Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşlər keçirməsi barədə məlumat yayılıb.

Qeyd edək ki, Baqrat Qalstanyan son günlər Ermənistanın Tavuş bölgəsində Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı keçirlən aksiyaların fəal iştirakçısıdır.

O, vəziyyətin gərginləşdirlməsi üçün sakinləri aksiyalarda iştiraka çağırır.

Məlumata görə, Baqrat Qalstanyan Köçəryanla söhbət zamanı hərəkatın sönməkdə olduğundan gileylənərək “İnsanlar hətta bu dörd kənddə də ayağa qalxıb hakimiyyətə qarşı çıxmadılar”, - deyib.

Robert Köçəryan mübarizəni İrəvana keçirməyi məsləhət görüb. Eyni zamanda onun məsləhətlərinə qulaq asmağa və hakimiyyətə qarşı birlikdə hərəkət etməyə çağırıb. Köçəryan Nikolun etdiyi kimi, İrəvana piyada getməyi tövsiyə edərək, yol boyu hökumət əleyhinə əhval-ruhiyyə yaratmağa məsləhət görüb. 

Bu ehtimalın sıfıra yaxın olduğu bildirilib.Köçəryan öz mediasından ona informasiya dəstəyi vəd edib və kömək edəcəklərini deyib.

Axiyepiskop Baqrat Qalstanyanın yenidən etiraz aksiyalarının keçirildiyi Günən (Kirants) kəndinə qayıtdığı xəbər verilir. Lakin yolu bağlayan polislər onu kəndə buraxmayıb. Əraziyə xeyli sayda polis qüvvələri cəmləşib. Yalnız üzərində Ermənistan Müdafiə Nazirliyinə məxsus nömrə nişanı olan və minalardan təmizləmə əməliyyatına cəlb edilmiş avtomobillərin daxil olmasına icazə verilir.

Arxiyepiskop Baqrat Qalstanyan isə minalanmış əraziyə daxil olmayacaqlarını və guya kənd əhalisinə salam vermək üçün getmək istədiklərini deyib. Lakin onun ərazidən hakimiyyətə qarşı təxribat törətmək planlarından xəbərdar olan “qara beretli” xüsusi təyinatlı dəstələr Baqrat Qalstanyanın qarşısını kəsib. 

Arxiyepiskopun ötən gün “Ermənistan” fraksiyasının deputatı Harnik Danielyanla kəndə gəlməsi, ardınca onun Köçəryanla və II Qareginlə görüşdüyünə dair yayılan məlumatlar, Paşinyana qarşı siyasi güc mərkəzini Eçmiədzin kilsəsinin ətrafında cəmləşdirmək planlarından xəbər verir. Bu da Ermənistanda klassik müxalifətin cəmiyyətdə nüfuzunu tamamilə itirməsi və bərpa edə bilməməsi ilə bağlıdır.

Ona görə də Ermənistanda siyasi sistemin formalaşmasında mühüm rol oynayan əsas mərkəzlərdən biri kimi Qrioqoryan kilsəsi ön plana çıxarılıb. Çünki kilsə siyasi baxışlarından asılı olamayaraq cəmiyyətin bütün təbəqələrini əhatə edir.

Erməni cəmiyyətinin mühafizəkar mövqeyə malik olduğunu nəzərə alsaq, radikal çağırışlardan çıxış edən kilsənin insanlara təsir imkanları daha böyükdür. Bu da “Böyük Ermənistan” ideyasının Qriqoryanlıqdan qaynaqlanması ilə bağlıdır. İkinci Qarabağ müharibəsindən sonra Paşinyanı nə hərbi çevriliş, nə də seçkilər yolu ilə hakimiyyətdən sala bilməyən müxalifət düşərgəsində son üç ildə yeni siyasi qüvvə də meydana çıxmayıb.

Eks-prezidentlər Robert Köçəryanla Serj Sarkisyan arasındakı ziddiyyətlər isə müxalifətin mövqeyini daha da zəiflədir. Ötən il Xankəndidəki separatçı rejimin ləğvi və ermənilərin kütləvi şəkildə Ermənistana köçməsi “Qarabağ klanı”nın maliyyə, siyasi və hərbi resurslarını dağıdıb. 

Ermənistanın yerli erməni əhalisi isə Paşinyanı dəstəkləyir. Belə vəziyyətdə arxiyepiskop Qalstanyanın liderliyi ilə aksiyaların təşkili revanşist qüvvələrdən ibarət yeni güc mərkəzinin formalaşdırılmasına xidmət edir. 

Kilsə və müxalifət bu prosesdə daha çox erməni diasporuna və terror təşkilatlarına arxalanır. Eyni zamanda, Rus Pravoslav Kilsəsinin kanonik tabeliyində olan Eçmidəzin kilsəsinin Paşinyana qarşı mübarizəsinə Kreml də dəstək verir. 

Livanda yerləşən Erməni Kilikiya kilsəsi də II Qareginin tərəfindədir. Lakin Qərb Paşinyanın hakimiyyətdən getməsində maraqlı olmadığından ABŞ-da və Avropadakı erməni diasporunun Rusiyanın planlarında iştirakına qarşıdır. Paşinyanın isə perspektivdə Eçmiədzin kilsəsini neytarallaşdırmaq üçün konkret addımlar atacağı gözlənilir.

Belə ki, Ermənistan Konstitusiyasının  17-ci maddəsinə görə, kilsə hakimiyyətdən ayrıdır.18-ci maddədə qeyd edilir ki, kilsənin fəaliyyəti cəmiyyətin mənəvi ehtiyaclarını təmin etməkdən və qorumaqdan ibarətdir. Yəni Ermənistanda din dövlətdən ayrıdır və kilsə siyasətə müdaxilə edə bilməz. 

Ona görə də Paşinyan kilsəni və dindarları Ermənistan Konstitusiyasını pozmaqda ittiham etmək səlahiyyətinə malikdir. Ancaq kilsənin siyasi fəallığına qarşı Paşinyanın passiv davranışı diasporun Baş nazirə təzyiqinin ciddi olduğundan xəbər verir. 

Lakin Paşinyan Moskvanın Ermənistandakı proseslərə təsririni azaltmaq üçün Eçmiədzin kilsəsini 2018-ci ildə Ukraynada olduğu kimi, Rusiya Apostol Kilsəsinin tabeliyindən çıxarılması üçün siyasi səylər göstərə bilər. Ancaq bu məsələdə yekun qərarı hökumət deyil, kilsənin Sinodu verməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
38
Mənbələr
Şərh ()
Bağla