AZ

ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin professor-müəllim heyətinin görüşü keçirilib.

"Unikal" xəbər verir ki, görüş Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu tərəfindən təqdim olunan “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki işin müzakirəsinə həsr olunub. 

Müəllifləri akademik Vaqif Fərzəliyev, professor Həqiqət Cavadova, professor Əfsun Sucayev, l.ü.f.d. Vasif Abbasov və k.ü.f.d. Səxavət Rüstəmov olan kompleks elmi-texniki iş ADNSU-nun professor-müəllim heyəti tərəfindən maraqla qarışlanıb. Tədbirdə çıxş edən Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev ADNSU ilə rəhbərlik etdiyi institutut arasındakı əməkdaşlıq əlaqələrinin sıx olduğunu xatırladaraq  Aşqarlar Kimyası İnstitutunun fəaliyyət istiqamətləri, elmi nəticələri, beynəlxalq əlaqələri haqqında iştirakçılara məlumat verib. Sonra kompleks elmi-texniki iş haqqında təqdimatla çıxış edən akademik bildirib ki, elmi iş ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və strateji materiallar üzrə xarici ölkələrdən asılılığın azaldılması məqsədilə hərbi texnika üçün yüksək keyfiyyətli, rəqabətə davamlı xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkilinə həsr olunub. Diqqətə çatdırılıb ki, “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan bütün markalı tankların dizel mühərriklərində istifadə olunan sürtkü yağlarına olan tələbatın ödənilməsini, ölkəmizin strateji material olan xüsusi təyinatlı sürtkü yağları sahəsində xarici ölkələrdən asılılığın azaldılmasını və yaradılmış yağların bəzi xarici ölkələrə ixracını nəzərdə tutur.

Təqdimatda məhsulun keyfiyyət və üstünlükləri, tərkibi və emal olunma prosesi haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qonaqları universitetdə salamlayan ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova elmi-texniki işin əhəmiyyətini qeyd edib, ətraflı və aydın təqdimata görə müəlliflərə təşəkkürünü bildirib.

Tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldıqdan sonra iştirakçların sualları cavablandırılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
144
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44374
Abdullahianın cəsədi tapıldı - FOTO
32842
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27278
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24777
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20166
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17842
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15166
Helikopterin qalıqları tapılıb
11775
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8108
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6934
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5003
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965