AZ

Rühəngiz Musəvi: "Sevda Əliqızı birinci ərimlə ailə qurduqdan 10 il sonra ondan ayrılıb" - VİDEO

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub deyirdi ki,  mən Rühəngizsiz qala bilmirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qız övladına görə şans verərək, onunla yenidən barışıb:

"Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Mən uşağıma görə onunla barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm ki, bizdə alınmır... O insan məni həddən artıq çox istəyirdi və sevirdi. İnsanlar itirəndən sonra insanın qədr-qiymətini bilirlər".

Proqramın aparıcısı Ülvira Qarayevanın "Sevda Əliqızı ilə ədavətiniz olmadı?" sualına R.Musəvi belə cavab verib:

"Niyə olsun? Biz bir yerdə verilişlərə çıxırdıq. Bizi görənlər təəccüblənirdi. Deyirdilər ki, “axı bu necə olur…” Çünki, mən ikinci dəfə ailə qurmuşdum, Sevda da onunla ailə qurmuşdu. Verilişlərdə qonaq olarkən görüşürdük. Sevdanı mənim sənət dostum kimi qəbul edirdim. Sevda olmayaydı, başqası olardı, onsuzda birinci həyat yoldaşım hansısa bir qadınla ailə quracaqdı. O axı kişidir, o, tək qalmayacaq. 

Mən düz danışan insanam. O, yox, Sevda xanım onunla özü ayrıldı. Onların evliliyi 10 il çəkdi. Birinci ərim Sevda ilə ailə quranda qızım onların evinə gedib-gəlirdi. Amma "səninlə barışıb sənə dönmək istəyirəm" kimi şeylər demirdi. O şəxs Sevda ilə 10 il birgə yaşadı daha sonra başqa bir qadınla ailə qurdu. Yenə də kişidir də... Üçüncü arvadından övladı da var. Yenə də deyirəm Sevda mənim ailəmi dağıtmayıb".
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3618
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33932
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23998
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18613
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14804
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11589
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11520
Helikopterin qalıqları tapılıb
10853
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7666
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6299
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5637
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4564
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3277
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2304
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2172