AZ

Vyetnam və Laos nümayəndə heyətlərinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR

Azərbaycanda qonaq olan Vyetnam və Laos nümayəndə heyətlərinin ölkəmizə səfəri başa çatıb. 

"Unikal" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətləri Xarici İşlər Nazirliyində, Energetika Nazirliyində, SOCAR-da, Yeni Azərbaycan Partiyasında, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində, Azərbaycan Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində görüşlər keçirib.

Energetika nazirinin müavini Orxan Zeynalov ilə baş tutan görüşdə Azərbaycan və Laos arasında qarşılıqlı əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu ilin iyun ayında keçiriləcək Bakı Enerji Həftəsində Laos Xalq Demokratik Respublikasının da iştirak edəcəyindən məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının nümayəndə heyətləri ilə görüşdə qeyd edib ki, YAP-ın hakim partiyalar olan Vyetnam Kommunist Partiyası (VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəm təməllər üzərində inkişaf etməkdədir. YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin icrası qarşılıqlı faydalı işbirliyinə töhfədir.

SOCAR-da görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində keçirilən görüş çərçivəsində Azərbaycanda təhsil alan Vyetnam və Laosdan olan məzunların ölkələr arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafındakı potensial rolu, o cümlədən hər iki ölkə vətəndaşlarının Azərbaycan universitetlərində təhsilinin təşviqi müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
18
unikal.az

10Mənbələr