AZ

BİZİM TƏQVİM: 17 mayda baş vermiş tarixi hadisələr

1865-ci il 17 mayda Parisdə 20 ölkə nümayəndələrinin iştirakı ilə Beynəlxalq Teleqraf İttifaqı yaradıldı. 1990-cı ildə artıq bu təşkilatın üzvlərinin sayı 166 idi. Hal-hazırda Azərbaycan da bu nüfuzlu qurumun üzvüdür.

Bəs, mayın 17-də dünyada daha hansı hadisələr baş verib?

1. 17 may 1983-cü ildə ABŞ, İsrail və Livan arasında bağlanan müqaviləyə əsasən İsrail ordusu Beyrutdan geri çəkildi.

2. 1989-cu ilin 17 mayında Pekindəki Tiananmen meydanında siyasi azadlıqlarla əlaqədar aclıq aksiyası keçirən tələbələri dəstəkləmək üçün Çində 1 milyondan çox insan nümayişə çıxdı.  

3. 17 may 1990-cı ildə Bakılı kosmonavt Musa Manarov "Soyuz TM-11" kosmik gəmisində ilk uçuşunu həyata keçirib.

4. 1996-cı ilin bu tarixində  ATƏT-in Lissabon zirvə görüşü işə başlayıb. Həmin görüşdə Ermənistanın işğalçılıq siyasətini pisləyən sənəd qəbul edilib.

5. 2000-ci il 17 may tarixində “Qalatasaray” UEFA kubokunu qazanan ilk Türk futbol komandası oldu.

17 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 17 may 1880-ci il tarixində Türk yazıcı, şair, dövlət xadimi Ziya Paşa həyatını itirdi.

2. Azərbaycanın görkəmli yazıçısı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ilin bu günü dünyaya gəlib. Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası Azərbaycan teatrının inkişafında mühüm rol oynayıb. (1870-1933)

3. Tanınmış fransız yazıçısı Anri Barbüs 1873-cü il 17 mayda anadan olub.  Anri Barbüs 1927-ci ildə Azərbaycanda olub və “Neft ölkəsində” adlı məqaləsini yazıb. (1873-1935)

4. Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əmir Hacıyev 17 may 1899-cu ildə dünyaya gəlib.

5. Məşhur fransız aktyoru Jan Qaben 1904-cü ildə anadan olub.

6. Rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova 17 may 1929-cu ildə dünyaya gəlib.

7. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov 17 may 1952-ci ildə dünyaya göz açıb.

8. Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev 17 may 2013-cü ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
28
bizim.media

10Mənbələr