AZ

Braziliya hələ də bu qadından danışır – Bacısı qızı ilə ona xəyanət edən ərini belə cəzalandırdı – FOTOLAR

15 yaşlı bacısı qızı ilə ona xəyanət edən ərinin cinsiyyət orqanını kəsən qadın 4 il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, ötən ilin dekabrında Braziliyada baş verən hadisənin əks-sədası davam edir.

Keçən ilin son günlərində Sao Paulo yaxınlığında yaşayan Daiane dos Santos Farias (34) əri Gilberto Nogueira de Oliveyra’nın onu 15 yaşlı qızı ilə aldatdığını öyrəndokdən sonra cinayətə əl atıb.

Qəzəbli qadın ərini fantaziya seks vədi ilə aldadaraq yatağa aparıb, daha sonra işıqları söndürdükdən sonra onun cinsiyyət orqanını ülgüclə kəsib. Daha sonra kişinin cinsiyyət orqanını tualetə atıb.

Qəzəbli qadın hadisədən sonra həbs edilib. Gilberto həyat yoldaşını bağışladığını bildirib.

Hələ də həbsdə olan qadın bu gün məhkəmə qarşısına çıxıb. Hakim Roberta Layaun Chiappeta de Moraes Barro 8 il həbs tələbi ilə mühakimə olunan qadına 4 il 5 ay həbs cəzası verib.

Daianenin vəkili Tassia Mafra qərara etiraz edərək daha yüksək məhkəməyə müraciət edəcəklərini deyib. O, “Hakim müvəkkilimin bu hadisəni sıx bir emosiya dəyişikliyi altında etdiyinə məhəl qoymayıb” deyə vurğulayıb.

Qeyd edək ki, Braziliyada razılıq əsasında 14 yaşlı qızlarla cinsi əlaqə qanunsuz sayılmır. Braziliya mediası kişiyə protez penis taxıldığı barədə məlumat yayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
50
konkret.az

10Mənbələr