AZ

Tailand məhkəməsi senatorların Baş nazirin istefasını tələb edən petisiyasına baxacaq

Taylandın Konstitusiya Məhkəməsi mayın 23-də 40 senatordan ibarət qrupun Baş nazir Srettha Thavisin və yeni nazir təyin edilən Phicit Cunbanın vəzifəsindən azad edilməsi ilə bağlı müraciətinə baxacaq.

“Report” xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, məhkəmə bu vəsatətlə razılaşarsa, hər iki şəxs qərar qəbul olunana qədər vəzifələrindən kənarlaşdırılacaq və onlara müdafiə olunmaq üçün 15 gün vaxt veriləcək.

Senatorlar qeyd ediblər ki, Cunba 2008-ci ilin iyununda hakimlərə rüşvət verməyə cəhd etdiyinə görə altı ay həbs cəzasına məhkum edilib. Bu hadisədən sonra Tayland Vəkillər Şurası onun vəkillik lisenziyasını beş il müddətinə dayandırıb.

S. Thavisin yeni kabineti krala təsdiq üçün təqdim etməzdən əvvəl hökumətin hüquqi orqanı olan Dövlət Şurasından Cunbanın təyinatı ilə bağlı məsləhət aldığını bildirib. Belə ki, Cunbanın həbs cəzasını çəkməsindən 10 il keçib və bu, ona yenidən dövlət qurumlarında vəzifə tutmaq hüququ verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
report.az

10Mənbələr