Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinəAbşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilməsibarədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dənməlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi RiskliXilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupuhadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd RQOəl qumbarası, 2 ədəd UDZ partladıcısı, 12 ədəd müxtəlif çaplı mərmivə 1 ədəd RDQ tüstü qumbarası olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.