AZ

Xərçəngi qarşı nanovaksin hazırlandı

Çin Elmlər Akademiyasının Milli Nanotexnologiyalar Mərkəzinin bir qrup alimi şiş membranının antigenləri əsasında nanovaksin hazırlayıb.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Reports Medicine" (CRM) elmi jurnalında dərc olunub.

Mütəxəssislər dərmanı doksorubisin antibiotiki ilə müalicə olunan liposomal şiş toxumalarından istifadə edərək hazırlayıblar.

Bu toxumalar kimyaterapiya ilə müalicə edilməmiş bir şişdən əldə edilib, çünki kimyaterapiya şiş hüceyrə membranlarının immunogen xüsusiyyətlərini dəyişdirir.

Tədqiqat müəlliflərinin fikrincə, şiş membranında xüsusi antigenlər var, onların əsasında xərçəngə qarşı immuniteti aktivləşdirmək üçün fərdi agent yaratmaq mümkündür.

Seçilən
90
12
publika.az

10Mənbələr