Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə daha bir qara qutu tapıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.
“Hadisə yerinə baxış zamanı 2 ədəd registrator aşkar edilib və onlar Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Sonradan onlara tam şəkildə baxılacaq”, - Ordabayev bildirib.