"Necə yaşayırsan? Bizə danış"ın budəfəki qəhrəmanı gülsatan Pərviz Məmmədovdur. O deyir ki, güllərlə işləməyə uşaqlıqdan başlayıb.
"Uşaq vaxtından həvəsim olub. O vaxt həyətimizdə "gül parnikləri" olub. Düzdür, o vaxt indiki güllər yox idi, daha çox qərənfillər idi. Qərənfillərlə məşğul ola-ola, bu güllər də çıxdıqca, onları da öyrənmişəm. Yəni, həm bir aqronom kimi, həm də bir gülçü kimi artıq 25 ildir ki, fəaliyyətim var", Pərviz Məmmədov deyir.
Onun sözlərinə görə, daha çox 14 fevral Sevgililər Günündə, 8 Mart və Novruz bayramlarında gül alıcıları daha çox olur.
Pərviz Məmmədov, həmçinin bildirir ki, güllərlə işləmək onun üçün həyat tərzidir:
"Mən heç onun pulunu saymıram. İşim olduğuna görə, sevə-sevə işləyirəm. Əsas odur ki, müştərim məndən razı qalsın. Yəni, gündəlik dolanışıq olur, qazan qaynayır, Allah bərəkət versin''.
Videoya YouTube kanalımızda baxın.