Bakı. Trend:
Azərbaycan bir-birinə etibar etməyən Qlobal Şimal və QlobalCənub arasında körpülər quraraq, COP29-un ev sahibi kimi yüksəksəviyyəli təcrübə əldə etdi. COP29-da ən fəal iştirakçılardan biridə Çin oldu. Çünki Azərbaycanın zəngin yaşıl gündəliyi Çin üçün dəcəlbedicidir.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çinparlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü NigarMəmmədova deyib.
Millət vəkili vurğulayıb ki, bu sahədə iki ölkə arasında çoxsəmərəli əməkdaşlıq qurulub:
“İqlim konfransı çərçivəsində Azərbaycanla Çin şirkətləriarasında “yaşıl enerji” sahəsində bir neçə sənəd də imzalandı. Burazılaşmalar bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu,texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması,Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişafMərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərindəəməkdaşlığı nəzərdə tutur”.
Nigar Məmmədova xatırladıb ki, Prezident İlham Əliyev Çinin CGTNtelekanalına müsahibəsində Çin şirkətlərinin təkcə xidmət vətexnologiyaların təmin edilməsində yox, həmçinin, Azərbaycanainvestisiya yatırmaqda maraqlı olduqlarını qeyd edib.
“Ölkəmizin artmaqda olan külək və günəş enerjisi potensialı yenitexnologiya tələbatını və əməkdaşlıq imkanlarını da genişləndirir.Məlumdur ki, ölkəmizin 2027-ci ilədək olan hədəfi 2 giqavatthəcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cuilədək isə bu hədəf 6 giqavatdır. Bu layihələrə sərmayə yatıraninvestorlar isə Çin texnologiyasından istifadə edirlər. Bu mənada,yaşıl texnologiya sahəsində uğurlu təcrübəsi olan Çin ən uğurlutərəfdaşlardan biridir.
COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındaXəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədəimzalanan müqavilə isə yaşıl enerji dəhlizinin möhkəmlənməsinəxidmət edir. Bu layihə Mərkəzi Asiya ilə Azərbaycanı və potensialolaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacaq. Digər birlayihədə isə belə bir kabel xətti Qara dənizin dibi iləAzərbaycandan Avropaya uzanacaq”, - deyə deputat fikrinitamamlayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin sədri Sadiq Qurbanov isə Trend-ə açıqlamasındabildirib ki, Prezident İlham Əliyevin Çinin CGTN telekanalınamüsahibəsində COP29 və Azərbaycanın yaşıl gündəliyindən bəhs etməsiməsələnin vacibliyindən xəbər verir.
“Azərbaycan COP29 tədbirini keçirməklə qlobal miqyasda iqlimdəyişikliyi, ətraf mühitin qorunmasında özünün liderlik rolununümayiş etdirdi. Bu tədbir Azərbaycanın ekoloji dayanıqlılıq,bərpaolunan enerji mənbələri, yaşıl iqtisadiyyat istiqamətindəsəylərini dünyaya çatdıra bildi. Karbon emissiyalarınınazaldılması, ekeloji inkişafın sürətləndirilməsi yollarıAzərbaycanda müzakirə edildi. Azərbaycan öz liderliyi ilə böyükdövlətləri toplayaq iqlim maliyyəsinin razılaşdırılmasına nailoldu.
Sammitdə həmçinin kiçik ada dövlətlərinin Zirvə Toplantısıkeçirildi. Azərbaycan kiçik ada dövlətlərinin mövcudluğuna olantəhlükəni dünyanın diqqətinə çatdırmağı bacardı. Bu məsələ heç vaxtgündəliyə daxil olmurdu, böyük dövlətlər bu problemi görməzdəngəlirdi. Azərbaycan bu məsələdə də xüsusi həssasiyyət göstərdi.
Qlobal Şimalla Cənub arasında körpülər möhkəmləndirildi.Tərəflərin bir-birinə etibar etməməsi müəyyən problemlər yaradırdı.Azərbaycan bu məsələdə etibarı möhkəmləndirməyə çalışdı.Azərbaycanın iqtisadi imkanları, dünya miqyasında rolu, nəqliyyatxablarının ölkəmizdən keçməsininin əhəmiyyətini nümayiş etdirdik”,- deyə deputat vurğulayıb.
Millət vəkili qeyd edib ki, dünya ekologiyasında, ekolojitarazlığın formalaşdırılmasında Azərbaycanın mühüm strateji yerivar.