“Bloqerliyə biz əlavə gəlir yeri kimi baxırdıq. İndi isə bir nömrəli gəlir yerimizdir. O biri bloqerlərdən fərqimiz biz aktyor-aktrisa kimi tanınmışıq. İndi isə həm də bloqerlik edirik”.
Dərgi.az xəbər verir ki, bu sözləri aktyor Elvin Ağayev “Günə doğru” verilişində deyib. Aktrisa Elvina Atakişiyeva isə Azərbaycanda bloqer olmadığını deyib:
“Biz video kontent yaradırıq, ya da başqa ölkələrdən götürürük. Azərbaycandan bloqer yozdur. Xarici bloqerlər faydalı, maraqlı videolar çəkirlər. bizdə yoldan keçənlər də social emdiaya gəlir, söyüşlə, açıq-saçıqlıqla gündəm olurlar. Onları görəndə düşünürəm ki, biz niyə sosial mediada varıq? Adam həvəsdən düşür”.