AZ

Qurd və böcəyi görün nəyə qatıblar- DƏHŞƏTLİ FAKTLAR

Avropa İttifaqı çörək, pendir və makaron kimi qida məhsullarında 4%-ə qədər ultrabənövşəyi şüalarla işlənmiş 'un qurdunun' istifadəsinə icazə verib.


''Ajans.az'' xəbər verir ki, qərar fevralın 10-dan qüvvədə olacaq.
Lakin Azərbaycan vətəndaşlarının çoxu bu qərara etiraz edirlər. bildirirlər ki, çörəyə əlavə qatqı qatmağa ehtiyac yoxdur.

Məsələyə münasibət bildirən qida təhlükəsizliyi üzrə konsaltinq şirkətinin rəhbəri Seymur Qafarov ‘’Ajans.az’’ a söyləyib ki, Avropa İttifaqının un qurdunun (qida məhsullarına əlavə edilməsinə icazə verməsi qida sənayesində yeni tendensiyanın – həşərat əsaslı qidalanmanın yayılmasının bir hissəsidir:

‘’Bu qərar qida təhlükəsizliyi, davamlılıq və alternativ protein mənbələri baxımından müxtəlif müzakirələrə səbəb olub. Un qurdunun bir çox üstünlükləri var. Un qurdu yüksək miqdarda protein (50-60%), sağlam yağlar və lif ehtiva edir. Bu, xüsusilə veqan və vegeterian alternativləri axtaranlar üçün vacibdir. Həşəratların yetişdirilməsi ənənəvi heyvandarlıqdan daha az su, yem və torpaq tələb edir. Beləliklə, ətraf mühitə təsiri daha azdır. Həşəratlar qısa müddət ərzində çoxalır və az tullantı buraxır, bu da qida israfının qarşısını almağa kömək edir. Un qurdu amin turşuları və sağlam yağlarla zəngindir, bu da orqanizm üçün faydalıdır.Təbii ki, çörək və qida məhsullarına süni qatqıların əlavə edilməsi ilə bağlı narahatlıqlar var. Avropada və bir çox ölkələrdə həşərat yemək ənənəvi deyil. Ona görə də insanlar buna mənfi yanaşırlar.Xüsusi ilə dəniz məhsullarına və ya xitin maddəsinə allergiyası olan insanlar üçün müəyyən risklər yarada bilər. Bu qərar məcburi deyil, istehlakçılar öz seçimlərinə uyğun olaraq bu məhsulları alıb-almamaq hüququna malikdirlər. Lakin məhsulların etiketlənməsi şəffaf olmalıdır ki, insanlar nəyin tərkibində un qurdu olduğunu bilsinlər’’.


Seçilən
99
azia.az

1Mənbələr