AZ

Rusiya ordusu raket və pilotsuz təyyarələrlə Ukrayna şəhərlərinə hücum edib

Fevralın 20-nə keçən gecə Rusiya ordusu Ukraynaya raket və pilotsuz təyyarələrlə hücuma keçib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Facebook-da məlumat yayıb.

Səhər hesabatına görə, işğalçılar Xarkov vilayətindəki kritik infrastruktur obyektlərinə hava, quru və dəniz əsaslı 14 raket atıblar. Bu zaman onlar Kh-101/X-55 SM (Volqoqrad vilayətindən buraxılır), Kalibr/İskəndər-K (Qara dəniz və Krımdan), ballistik İsgəndər-M/KN-23 (Voronej vilayətindən buraxılır) qanadlı raketlərindən istifadə ediblər. Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatlarının nəticələri və ya raket zərbəsinin nəticələri barədə məlumat verməyib.

Bundan əlavə, Rusiya Federasiyası Ukraynada 161 “Şahed” tipli hücum PUA və digər tipli pilotsuz uçuş aparatlarını işə salıb. Pilotsuz təyyarələr Rusiya Federasiyasının Bryansk, Kursk, Orel, Rostov vilayəti və Krasnodar diyarından uçuşlar həyata keçirib. Saat 10:00-a olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və mobil atəş qrupları tərəfindən 80 pilotsuz uçuş aparatı vurulub, daha 78 PUA isə mənfi nəticə vermədən kursdan çıxarılıb.
Hava hücumundan müdafiə vasitələri Xarkov, Poltava, Sumı, Kiyev, Çerkassı, Çerniqov, Kirovoqrad, Dnepropetrovsk, Xerson, Nikolayev və Odessa vilayətlərində fəaliyyət göstərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
104
39
editor.az

10Mənbələr