AZ

Qara görə 15 nəfər xəsarət alib

İKİSİ ƏMƏLİYYAT OLUNUB
Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, iki nəfərə cərrahi müalicə tətbiq olunub.
Xatırladaq ki, sabah da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.
Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlama ehtimalı var.
Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Seçilən
182
medicalmedia.az

1Mənbələr