"Ermənistan sülh üçün Azərbaycanın cavabını alıb", bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
"Biz Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab almışıq, lakin digər istiqamətlərdə - kommunikasiyalardan blokadanın götürülməsi və silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır", o deyib.
Prezident İlham Əliyev tez-tez Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olduğunu və sülh müqaviləsi üçün Ermənistan konstitusiyasının dəyişməli olduğunu bildirir.
Azərbaycan Prezdenti həmçinin Ermənistandan Naxçıvana maneəsiz keçid tələb edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsində referendumla yeni konstitusiyanın qəbul edilməsinin vacib olduğunu deyib.
Ermənistanın ədliyyə naziri Srbuyi Qalyan bildirib ki, Ermənistanın yeni konstitusiyasının mətni gələn ilədək hazır olacaq.
VİDEO açılmırsa, YouTube kanalımızda izləyin.