AZ

Türkiyə başda olmaqla Türk dünyası əlavə güc mərkəzinə çevriləcək- ÖZƏL

"D.Tramp-V.Zelenski görüşündən sonra Qlobalistlərin "Yenu dünya düzəni" lahiyəsinin bəzi çalarları üzə çıxdı. Əslində həmin görüş dünyanın yenidən bölüşdürlməsinə stsrt verdi". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Cümşüd Nuriyev deyib: "Qlobalistlər dünyanın 4 mərkəzdən (ABŞ, Rusiya, Çin və Avropa Birliyi) idarə edilməsilə razılaşa bilmədilər. hazırlanmış yeni layihəni təqdim etmək üçün "Günah keçisi" V.Zelenski seçildi. Əslində Ukrayna prezidenti son 80 ildə ABŞ-ın həyata keçirdiyi siyasəti gün üzərinə çıxatrdı. Belə bir siyasi "ifşanı" gözləməyən ABŞ Prezidenti və Vitse-prezidenti çılğına döndü və gizli kartları ortaya tökdülər.

Rusiya bu oyunda Pirr qələbəsi çalacaq və nöbəti qurban olacaq. Rusiya-AB və Rusiya-Çin qarşıdurması iqtisadi və siyasi cəhətdən Rusiyanın çökməsi ilə nəticələnəcək. Təbii ki, Rusiyada bu proqnozu təxmin edən kifayət qədər güclər vardır, lakin Rusiyanın imperiya ambisiyaları bu yanaşmanı qəbul etməyəcəkdir. Rusiyanı yalnız ya inqilab, ya da ki dövlət çevrilişi "dar ağacından" xilas edə bilər. Türkiyə başda olmaqla Türk dünyası əlavə güc mərkəzinə çevriləcək və gələcəkdə yeni dünya arxitekturasının formalaşmasına böyük təsir imkanlarına malik olacaqdır. Çünki dünyadakı ədalətsizliklər və demokratiya pərdəsi altında gizlənməklə İslam dünyasına olan siyasi təzyiqlər bizi buna məcbur edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr