AZ

Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazırdır

Bakı. Trend:

Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyəhazırdır.

Trend xəbər verir ki, bu barədə martın 3-dəAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti iləBakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziriOljas Bektenov ilə görüşü zamanı bildirilib.

Görüş zamanı nəqliyyat və logistika əlaqələrinin inkişafıəməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzityükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmiryolu ilə tranzit daşımaları 33 faiz artıb.

Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlətbaşçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçünqarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsiistiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumatverilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfəverə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyivurğulanıb.

Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeydedilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklifetməyə hazır olduğunu bildirib.

Seçilən
34
9
az.trend.az

10Mənbələr