AZ

Bakıda əməliyyat - Narkokuryer tutuldu - VİDEO

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

DİN-dənbildirilib ki, sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Mənbə: unikal.az

Seçilən
46
15
unikal.az

10Mənbələr