AZ

Azərbaycanda siqaretin qiyməti NİYƏ ARTDI?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Bu barədə məlumatı siqaret satışı ilə məşğul olanlar veriblər. Bildirilib ki, siqaret satışı ilə məşğul olan şirkətlər LD, "Winston" və "Sobranie" markalı siqaretlərin (həmçinin bir neçə çeşidinin) qiymətini 0.20 AZN qaldırıb.
"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O, məsələyə belə yanaşıb:
"Siqaret satanlar qiymətlərini artırıblarsa, almayaq, bu, məcburi istehlak deyil. Düzdür, tütün istehsalı və satışı ilə məşğul olan şəxslərdə bir az təmərküzləşmə var. Bir neçə iri şirkət və şəxs bunu həyata keçirir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələ ilə məşğul olmalıdır ki, razılaşdırılmış qiymət təyin edib-etmədiklərini öyrənsin.
2025-ci ildən etibarən siqaret istehsalçılarına, satıcılarına yeni rüsum tətbiq edilməyib. Amma ümumi bizneslə əlaqədar xərclər dəyişib. Məsələn, keçən ilin ikinci yarısından etibarən enerji xərcləri artırılıb. Həmçinin minimal əməkhaqqı və kommunal xərclər də artıb. Ölkədə ümumi inflyasiya var. Bütün bu amillər sahibkarın xərcinə mənfi təsir edir".
Məhərrəm Əliyev
Seçilən
40
oxu.az

1Mənbələr