AZ

Avropa ilə nüvə müzakirələri davam edəcək - Tehran

BAKI, TurkicWorld

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ölkəsinin İngiltərə, Almaniya və Fransa (E3 ölkələri) ilə nüvə müzakirələrini davam etdirmək üçün razılığa gəldiyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Bekayi Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, ABŞ və Rusiya arasında keçirilən danışıqlarda İranın nüvə məsələsinin müzakirə olunması ilə bağlı suala,

"Bu mövzu ilə bağlı ABŞ və Rusiya arasında danışıqların aparılması təbiidir. Lakin ən önəmli məqam odur ki, İranın nüvə məsələsi İranın razılığı olmadan müzakirə edilə bilməz. Rus dostlarımız mütləq bizimlə məsləhətləşəcəklər." - deyə cavab verib.

Bekayi, BƏƏ-nin İran və ABŞ arasında vasitəçilik edə biləcəyi barədə iddialara toxunaraq, bunun təbii olduğunu bildirib.

O, həmçinin ABŞ-ın İrana qarşı sanksiyalarının davam etməsini rəsmi Tehrana qarşı düşmən münasibətin davam etdiyinin göstəricisi kimi qiymətləndirib.

Bekayi nüvə sazişinin Avropa tərəfləri olan İngiltərə, Almaniya və Fransa ilə danışıqların davam etdiriləcəyini bildirərək,

"Danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəldik. Hazırda yeni mərhələyə dair məsləhətləşmələr aparılır. Həm biz, həm də Avropa ölkələri bu danışıqların zəruri olduğuna inanırıq." - deyə açıqlayıb.

Türkiyə ilə əlaqələrə tdə oxunan Bekayi, "Türkiyə ilə ortaq maraqlarımız var. Uzun müddətdir bəzi fikir ayrılıqlarımız olsa da, hər iki tərəf bunları münasibətlərə zərər vermədən idarə etməyə nail olub." - deyə bildirib.

İsrailin Suriyadakı hücumları ilə bağlı suala cavab verən İran sözçüsü bildirib ki, Tehran bu cür hücumları qəbuledilməz hesab edir.

Seçilən
25
turkic.world

1Mənbələr