AZ

FİFA Pakistanla bağlı qərarını ləğv etdi

FİFA fevralın 6-da Pakistan Futbol Federasiyasına (PFF) qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.

Publika.az xəbər verir ki, fevralda qurumun Şura Bürosu ciddi qanun pozuntularına görə PFF və Konqo Futbol Federasiyasının (FECOFOOT) fəaliyyətini dayandırıb. PFF-yə qarşı sanksiyalar təşkilatın nizamnaməsinin ədalətli və demokratik seçkilərin keçirilməsini və davam edən normallaşma prosesi çərçivəsində federasiyanın üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsini təmin edən yenidən işlənmiş variantının qəbul edilməməsi səbəbindən tətbiq edilib.

Açıqlamada bildirilir ki, PFF nizamnamənin yenidən işlənmiş variantını yekdilliklə təsdiqləməklə FİFA-nın bütün tələblərini yerinə yetirib.

Seçilən
44
2
publika.az

3Mənbələr