AZ

Tramp və Zelenskinin QALMAQALLI GÖRÜŞÜ ŞOU İDİ? - Detallar üzə çıxdı...

“Tramp Zelenski görüşü həqiqətən də kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. Bir çoxları bu görüşü şou adlandırsa, mən bu görüşün şou məqsədilə təşkil olunduğunu düşünmürəm”.


Bu sözləri politoloq Turan Rzayev “Referans”-a açıqlamasında deyib.




“Əvvəla Zelenski ilə bağlı düşüncələrim odur ki, Zelenski həqiqətən də mərd, vətənpərvər şəxsdir. Amma etiraf etmək lazımdır ki, yaxşı siyasətçi deyil, ümumiyyətlə, prezident olmaq üçün yetərli məziyyətlərə sahib deyil. Məncə, yaxşı bir dövlət başçısı nə zaman nə etməli olduğunu bilən şəxsdir. Müharibəyə başlamaq da, müharibəni bitirmək də, yeri gəlsə ərazilərin işğal faktoruna nəzərən sülhə getmək də iradə tələb edən bir şeydir. Bu məziyyətlərə misal olaraq Azərbaycanın da müharibə dövründə nümayiş etdirdiyi mövqeni misal göstərmək olar”.


Politoloq bildirib ki, Zelenski bəzi məsələlərdə Trampın nə demək istədiyini anlamır.


“Düzü, mən Trampın atəşkəs razılaşması etmək istədiyini düşünürəm, yəni o sülh də istəmir. Tramp başa düşür ki, işğal faktoru ilə sülhə getmək beynəlxalq münasibətləri poza bilər. O zaman nə Rusiyanı, nə Çini heç kəs dayandıra bilməz. Amma görünür ki, Zelenski bu razılaşmanı istəmir. Əslində, həmin görüşdəki mübahisələr də göstərir ki, Tramp Zelenskiyə istəklərini qəbul etdirə bilmir. Yəni Trampa görə Putinlə danışıqlara getmək daha çətindi nəinki Zelenski. Hər bir halda Ukrayna Amerikanın təklif etdiyi sülhə razı olmalıdır. Əks təqdirdə Amerika bunu ya xoşluqla, ya da zorakılıqla edəcək. Reallıqlar və geosiyasi vəziyyət bu gün Ukraynanın əleyhinədir. Ukrayna gələcəyə fokuslanmalıdır”.


Politoloq qeyd edib ki, Rusiya ilə müharibə dövründə Ukrayna çox böyük səhvlər edib. Ukrayna müdafiə müharibəsi aparmalı olduğu halda hücuma keçdi və Kursk vilayətinə girdi. Başından bəri bu planın uğursuz olacağı bəlli idi.


“İndiki məqamda, məncə, sadəcə atəşkəs razılaşması olacaqdır. Proseslər bu istiqamətdə gedir. Çünki Trampın – Amerikanın prioritetləri dəyişir, başqa regionlara fokuslanmaq lazımdır. Onlar yaxşı başa düşürlər ki, Tramp və Putin hakimiyyətdə olduğu təqdirdə Rusiya ilə bu və ya digər formada razılıq çıtin olacaq. Ona görə də müəyyən mənada Rusiyanın maraqları amma əsasən Amerikanın maraqları təmin edilərək atəşkəsə gedilə bilər. Ukrayna üçün burada ən yaxşı variant gələcəyə planlanmış addım atmaqdır”.

 

Fidan Vəlisoy

Seçilən
57
referans.az

1Mənbələr