AZ

İrəvanda avtomobilindən Azərbaycan bayrağı asan sürücü saxlanıldı - VİDEO

İrəvanda avtomobilinin baqajından Azərbaycan bayrağı asan sürücü polis bölməsinə aparılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, sürücü qanun pozuntusunun səbəblərini aydınlaşdırmaq üçün Vağarşapat polis bölməsinə aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da müvafiq işin başlanılıb-başlanmamasına qərar verəcəklər.

Bundan əvvəl sosial şəbəkələrdə İrəvan-Mehri magistralının Artaşat hissəsində sözügedən avtomobilin videosu yayılıb. Avtomobilin yük yerindən Azərbaycan bayrağı asılıb.

Nuranə Abbasova


Mənbə: unikal.az

Seçilən
51
7
unikal.az

3Mənbələr