ABŞ-ın vitse-prezidenti J.D.Vens Vermontdakı xizək kurortunda ukraynayönlü etirazçılara görə ailəsini “gizli yerə” köçürmək məcburiyyətində qalıb.
“Fox News” mənbələrinə görə, Vens ailəsi ilə birlikdə kurortun yaxınlığındakı dördulduzlu oteldə qalmaq niyyətində olub, lakin indi başqa yerə köçdülər.
Kanal bildirib ki, “yüzlərlə ukraynayönlü etirazçı” vitse-prezidentin ailəvi istirahət etməyi planlaşdırdığı kurortun qarşısındakı yolda toplaşıblar. Mitinqdə Ukraynaya dəstək şüarları və Vens və ABŞ prezidenti Donald Trampın Rusiyayönlü mövqedə ittihamları səslənib. Xüsusilə vitse-prezidenti “nasist pisliyi” və “satqın” adlandırırdılar.
//Samir Qurbanov, Editor.az