AZ

Azad olunmuş ərazilərdə enerji səmərəliliyi ilə bağlı hansı işlər görülüb?

“Qarabağ və Şərqi Zəngəzurda 1 ədəd 330 kV-luq, 12 ədəd 110 kV-luq YS, 1000 km-dən artıq 330-110 kV-luq iki dövrəli xətlər çəkilməklə iki dövrəli, iki pilləli dairəvi elektrik təchizat sistemi yaradılıb və region 4 istiqamətdən dayanıqlı güc mənbələri ilə qidalanma sxemi yaradılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, icra edilən səmərəlilik tədbirləri və innovativ yeniliklərin tətbiqi ilə son 6 il ərzində 1 kVts elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 30 qramdan çox azalmaqla, 253,83 qrama endirilib. Nəticədə 422,3 milyon manat dəyərində 2,8 milyard kub metr təbii qaza qənaət edilib.

İcra edilən tədbirlər hesabına əldə edilmiş toplam fayda 445,9 milyon manat, CO2 emissiyasının azaldılması isə 5,4 milyon ton təşkil edir.

Paris İqlim Sazişinə əsasən 1990-cı il baza ili ilə müqayisədə elektrik enerjisinin istehsalı 2,4 milyard kVts artsa da, icra edilən tədbirlər hesabına “Azərenerji” üzrə CO2 emissiyaları 2024-cü ildə isə 7,6 milyon ton azaldılıb.

Seçilən
39
qafqazinfo.az

1Mənbələr