"Sumqayıt"ın yeni transferi Bobur Abdixolikov Sportinfo.az-a müsahibə verib.
Tacikistanlı forvard öncə "Neftçi" ilə matça təsadüf edən debüt matçı haqqında danışıb.
- Debüt oyunum yaxşı keçdi. Komandamız yaxşı oyun keçirdi. Qol fürsətlərimiz oldu. Uduzmağa layiq deyildik.
- Hakimin qərarları çox müzakirə olundu. Referilərin işini necə qiymətləndirirsən?
- Hakimləri müzakirə etmək istəmirəm. Hamı başverənləri gördü.
- 10 oyundu "Sumqayıt" qol vura bilmir. Hücumçu kimi komandanın dərdinə məlhəm ola biləcəksən?
- Təbii ki, məqsədim kömək etməkdir. Bunun üçün buradayam. İnşallah, “Sumqayıt” üçün əlimdən gələni edəcəm.
- Qısa müddətdə ölkəmizə gələn üçüncü özbəkistanlı futbolçusan. Maraqlıdır, bunun sirri nədədir? Burada sizi cəlb edən nə oldu?
- Xüsusi sirri olduğunu deməzdim. Yəqin ki, bir təsadüfdir. Amma Sumqayıtın gözəl şəhər, insanlarının isə mehriban olduğunu deməliyəm.
- "Sumqayıt"a keçidindən öncə burada olan həmyerlilərindən məsləhət almışdın?
- Bəli. Cəsur mənə xoş şeylər dedi. Mən də gəlməyə qərar verdim.
XANOĞLAN İMANOV